Bakı- Sumqayıt yolunun genişləndirilməsi bu tarixdən yekunlaşır - RƏSMİ 

12:13 13.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba yoluna daxil olan Bakı-Sumqayıt yolunun genişləndirilməs işləri yekunlaşmaq üzrədir. May ayının sonuna, iyunun əvvəlinə işlər tamamilə bitəcək.

Bu sözləri hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli dedi. O, bildirdi ki, tikinti-bərpa işlərindən sonra "20 yanvar" körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri "Moskva" prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər. Bundan başqa Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil ola biləcəklər. Yol hər iki istiqamətə genişləndirilmiş olacaq. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi nəticəsində ərazidə olan "Ekologiya postu" da yolun kənarına köçürülüb. 

Qeyd edək ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azəravtoyol" ASC-ya verdiyi tapşırıqlar əsasında icra olunur.